Rivaldo: “Braziliyalılar pis futbol oynayırlar”

Braziliya millisinin sabiq futbolçusu Rivaldo yığma komandanın DÇ-2026-nın seçmə mərhələsindəki çıxışı haqda danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, komandanın yaxşı vəziyyətdə olmadığını deyib:

“Braziliyalılar pis futbol oynayırlar. Komandamız hazırda ən yaxşı günlərini keçirmir. Bu, üzücüdür, azarkeşlər narazıdır. Komandamız bu yaxınlarda Paraqvay millisinə uduzdu, hansı ki, onlar bizdən xeyli geridir. İndi Çili yığması ilə görüş haqda düşünməliyik. Yenə uduzsaq, bu, vəziyyəti daha da pisləşdirəcək”.

Braziliya millisi 10 xal toplayıb və DÇ-2026-nın seçmə mərhələsində beşinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button