DÇ-2022: Braziliyalı futbolçu zədəsini sağaldıb
Braziliyalı müdafiəçi Aleks Sandro milli komanda ilə ümumi məşqə çıxıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı “sambaçı” zədəsini sağaltsa da, onun bu gün DÇ-2022-nin Xorvatiya ilə matçında iştirakı sual altındadır. Bu səbəbdən, Eder Militao müdafiənin sağ cinahında, Danilo isə sol cinahda mübarizə apara bilər.
Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiya yığması ilə qarşılaşacaq. Oyun bu gün, saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin