
Braziliyalı qapıçı Premyer Liqa rekordunu təkrarladı
İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson Premyer Liqa rekordunu təkrarlayıb.
Komanda.az xəbər verir ki, braziliyalı qolkiper “Brentford”a qarşı 18-ci turdan təxirə salınan oyunda (1:0) qol buraxmayaraq, klubun tarixinə düşüb.
Bu, 30 yaşlı futbolçunun “şəhərlilər”in heyətində ölkə çempionatında qapısını toxunulmaz saxladığı 109-cu görüş olub. Ederson bunu 241-ci qarşılaşmasında reallaşdırıb. O, “Mançester Siti”nin sabiq qapıçısı Co Harta məxsus klub rekordunu təkrarlayıb. Hart 266 matçda bu göstəriciyə çatıb.
Ederson 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin