Braziliyalı müğənni həmyerlisinə belə dəstək oldu – FOTO

Braziliyalı müğənni Anitta UEFA Çempionlar Liqasının finalından əvvəl “Real”ın futbolçusu Vinisius Juniorun adı yazılmış köynəkdə çıxış edib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, “Real”ın braziliyalı cinah oyunçusu dəstəyə görə müğənniyə təşəkkür edib.

Anitta Çempionlar Liqasının finalının “Mançester Siti” – “İnter” matçından (1:0) öncə İstanbulda çıxış edib. O, səhnəyə Vinisiusun adı yazılmış köynəkdə çıxıb. Vinisius sosial şəbəkədə onun addımına belə cavab verib: “Mən səni sevirəm”.

Məlumatda olunur ki, futbolçu ilə müğənni tanışdırlar və birlikdə vaxt keçiriblər. Anittanın sözlərinə görə, Vinisius onun ən yaxın dostlarından biridir.

Vinisius Junior 2022/23 mövsümündə dəfələrlə irqçi təhqirlərə məruz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button