“Fluminense”nin futbolçusu Avropanın 4 klubunun hədəfindədir
“Fluminense”nin yarımmüdafiəçisi Andre da Kosta “Barselona”ya keçə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Kostanı İngiltərənin “Liverpul” və “Fulhem” klubları da transfer siyahısına daxil edib.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da gənc futbolçunun istedadının böyük pərəstişkarıdır. İspaniyalı məşqçi futbolçunu komandasında görmək istədiyini klub rəhbərliyinə bildirib.
Kosta bu mövsüm “Fluminense”nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 1 qol vurub. Onun Braziliya klubu ilə müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin