
Braziliyalı model Neymardan ayrıldığını açıqladı
Braziliyalı model və blogger Bruna
Biankardi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarla artıq münasibətinin olmadığını açıqlayıb.
Komanda.az xəbər verir ki, model bu barədə sosial şəbəkədəki paylaşımında bildirib:
“Hazırda heç kimlə münasibətim yoxdur. Biz Mavinin valideynləriyik və bizi birləşdirən də budur”.
Oktyabrın 7-də cütlüyün bir qızı olub. 31 yaşlı futbolçunun keçmiş sevgilisi Karolina Dantasdan bir oğlu da var.
Oktyabrın 18-də Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya yığması ilə Uruqvaya qarşı keçirilən oyunda (0:2) ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin