Braziliyalı ilə müqavilə bağlayıb, belçikalı ilə vidalaşdılar
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah müdafiəçisi Lukas Limanı transfer edib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu Türkiyə klubuna azad agent statusu ilə keçib.
Lukas son olaraq “Əl-Əhli”nin formasını geyinib. O, 2019-cu ildən Səudiyyə Ərəbistanı təmsilçisində çıxış edirdi. Futbolçu geridə qalan mövsümdə 27 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Müdafiəçi əvvəllər “Nant”, “Aruka”, ABC, “Qoyas”, “Botafoqo”, “Parana” kimi klubların da uğurları üçün çalışıb.
“Başakşəhər” Limanın transferi ilə yanaşı, digər sol cinah müdafiəçisi Boli Bolinqoli Mbombo ilə də yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şotlandiyanın “Seltik” klubundan icarəyə götürülmüş futbolçunun icarə müddəti bitib və onunla anlaşma yenilənməyib. 25 yaşlı belçikalı futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində 18 oyuna çıxıb.
Bizi Facebook-da izləyin