Braziliyalı hücumçu Azərbaycandan təklif alıb
Braziliyanın “Santa Kruz” klubunda çıxış edən Rafael Furtado karyerasını Azərbaycanda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb.
Amma hansı klubun braziliyalı hücumçu ilə maraqlandığı açıqlanmayıb.
Furtadonun “Santa Kruz”la müqaviləsi noyabr ayında başa çatacaq. Hücumçu klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin