Braziliyalı hücumçu Ukrayna vətəndaşlığı aldı
Donetsk “Şaxtyor”unun braziliyalı hücumçusu Junior Moraes Ukrayna vətəndaşlığı alıb.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petr Poroşenko əmr imzalayıb. Məlumatı Donetsk təmsilçisinin rəsmi saytı yayıb.
Moraes peşəkar karyerası ərzində ölkəsinin “Santos”, “Ponte-Preta” və “Santu-Andre” klublarında forma geyinib. Daha sonra o, Rumıniyanın “Qloriya” və Bolqarıstanın ÇSKA klublarının da şərəfini qoruyub. 31 yaşlı futbolçu 2012-ci ilin yayından etibarən isə Ukraynada çıxış edir. O, bu ölkədəki ilk 3 mövsümünü Donetsk “Metallurqu”nda və Kiyev “Dinamo”sunda keçirib. Junior “Şaxtyor”da 2018-ci ilin yayından etibarən çıxış edir. Ukrayna Premyer Liqasında 138 oyun keçirib, 73 qola imza atan forvard, cari mövsümdə də 16 qolla ən yaxşı bomardirdi.
Bizi Facebook-da izləyin