
Braziliyalı hücumçu “Real”dan ayrılmaq istəmir
Braziliyalı hücumçu Endrik az hallarda meydana çıxmasına baxmayaraq, “Real”dan ayrılmaq istəmir.
Komanda.az AS-a istinadən xəbər verir ki, 18 yaşlı forvard hazırda dünyanın ən böyük klubunda olduğuna inanır. Endrik başqa komandaya icarəyə verilməsinin qəti əleyhinədir.
Futbolçu İspaniya çempionatının ötən mövsümündə “kral klubu”nun 22 oyununda iştirak edib, cəmi bir qol vurub. Onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir. Endriklə klub arasında müqavilə müddəti 2030-cu ilin iyun ayının sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



