
Braziliyalı hücumçu rəsmən “Barselona”da
“Atletiko Paranaense”nin futbolçusu Vitor Rokenin “Barselona”ya keçidi rəsmiləşib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilə 2031-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Kataloniya təmsilçisi braziliyalı oyunçuya 500 milyon avro qiymət qoyub.
Bu mövsüm Roke “Atletiko Paranaense”nin heyətində bütün turnirlərdə 44 oyun keçirib, 21 qol vurub və 8 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin