Braziliyalı hücumçu PSJ-nin təklifini rədd edib

“Real”ın hücumçusu Rodriqo PSJ-dən gələn iki təklifi rədd edib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, parislilər Kilian Mbappenin yerinə futbolçu almaq istəsələr də, braziliyalı hücumçu bundan imtina edib. Rodriqo “kral klubu”nda qalmaq və start heyətində yer almaq üçün mübarizə aparmaq qərarına gəlib.

Bundan qabaq “Real” hücum xəttini Kilian Mbappe və Endriklə gücləndirmişdi.

23 yaşlı forvard 2019-cu ilin yayından “Real”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin yayında başa çatır. Onun transfer dəyəri 110 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button