Braziliyalı hücumçu Flikin qərarını gözləyəcək
“Barselona” hələ də yayda oyun praktikasından narazı olan hücumçusu Vitor Rokeni icarəyə verəcəyi ehtimalını istisna etmir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, çox güman, braziliyalı forvard başqa bir top-klubda çıxış edəcək.
Rokenin taleyini Xavi Hernandesi əvəz edən “Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik həll etməlidir.
Xatırladaq ki, Xavi Vitor Rokeyə o qədər də güvənmirdi.
19 yaşlı Roke ilə “Portu”, “İnter” kimi klubların maraqlandığı daha əvvəl bildirilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin