Braziliyalı hücumçu Çin klubundan ayrıldı
Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Halk Çinin “Şanxay Şanqan” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, bu komandada keçirdiyi 4 mövsümə görə rəhbərliyə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Halk “Şanxay Şanqan” klubuna 2016-cı ildə Rusiya “Zenit”indən keçib. O, Asiya təmsilçisinin heyətində ölkə çempionatının və superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin