Braziliyalı futbolçunun adı mərc oyunları ilə hallanır
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketanın adı mərc oyunları ilə hallanır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, artıq məsələ ilə İngiltərə Futbol Assosiasiyası məşğul olur. Futbolçunun başqa kluba mümkün transferi ilə bağlı danışıqları da dayandırılıb. “Mançester Siti” braziliyalını transfer etmək istəyirdi.
“Brentford”un hücumçusu İvan Toni də oxşar ittihamla 8 aylıq futboldan uzaqlaşdırılıb.
Paketa 2022/23 mövsümündə İngiltərə çempionatında 28 oyuna çıxıb, dörd qol vurub, üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin