Braziliyalı futbolçu “Yuventus”dan 6-7 milyon avro maaş istəyib
“Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luis “Yuventus”a maaş tələblərini dilə gətirib.
Komanda.az “Tuttosport”- istinadən xəbər verir ki, Luis idman direktoru Kristiano Gintolidən illik 6-7 milyon avro maaş istəyib.
“Yuventus” braziliyalı futbolçunu 20 milyon avroya almağa razılaşmışdı. Müqavilənin tezliklə bağlanacağı gözlənilir.
Əvvəllər 26 yaşlı futbolçu ilə “Arsenal” klubu maraqlanırdı.
Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının son mövsümündə 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin