Braziliyalı futbolçu tibbi müayinə üçün Madridə gedib
Braziliya millisinin üzvü Endrik “Real”dakı təqdimat mərasimindən əvvəl tibbi müayinədən keçmək üçün Madridə gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard bu gün “kral klubu”nun futbolçusu kimi təqdim olunacaq.
Endrik Madrid nəhəngi ilə 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb. O, “Real”a keçməmişdən əvvəl “Palmeyras”da çıxış edib. 18 yaşlı futbolçu Braziliya klubunda 80 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin