Braziliyalı futbolçu Super Liqada klubunu dəyişdi
Türkiyənin “Trabzonspor” klubu braziliyalı yarımmüdafiəçisi Gilyerme ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə Gilyermenin müqaviləsinə 350 min avro təzminat qarşılığında xitam verildiyi diqqətə çatdırılıb. Bu ilin yanvar ayında “Trabzonspor”a keçən 29 yaşlı futbolçunun bu klubla 2021-ci ilin 31 mayına qədər müqaviləsi var idi.
Gilyermenin yeni klubu da bəllidir. O, bundan sonra Super Liqanın digər təmsilçisi “Göztəpə”nin uğurları üçün çalışacaq. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Gilyerme 2018-ci ildən Türkiyənin digər elita təmsilçisi “Yeni Malatyaspor”un uğurları üçün çalışırdı.
Yeri gəlmişkən, “Göztəpə” Gilyermedən əlavə sağ cinah müdafiəçisi Kərim Alıcını da transfer edib. 23 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Bizi Facebook-da izləyin