Braziliyalı futbolçu Super Liqa klubunda
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı futbolçu Yan Sasseni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi mövsümün sonunda satın alınmaq şərti ilə 1 illik icarəyə götürülüb.
Hücumameylli yarımmüdafiəçi olan, cinahlarda da oynamağı bacaran Sasse “Koritiba”nın yetirməsidi. O, bu ilin yanvar ayında “Vasko da Qama”ya icarəyə verilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin