Braziliyalı futbolçu Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırdır
“Tottenhem”in hücumçusu Riçarlison karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə hazırdır.
Komanda.az “TalkSPORT”-a istinadən xəbər verir ki, “Əl-Əhli” braziliyalı futbolçuya maraq göstərir.
27 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırdır. “Tottenhem” onunla ayrılmaq istəmir, lakin sərfəli təklifləri nəzərdən keçirə bilər.
Riçarlisonun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, ötən mövsüm bütün turnirlərdə 31 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin