Braziliyalı futbolçu rəsmən “Qəbələ”də

“Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.

Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button