
Braziliyalı futbolçu PSJ-nin tarixinə düşdü
Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSJ klubunun tarixinə düşüb.
Komanda.az xəbər verir ki, 29 yaşlı müdafiəçi buna 11-ci turda “Monpelye”ni 3:0 hesabı ilə məğlub etdikləri matçda iştirak etməklə naill olub.
Kapitan komanda ilə 300-cü qələbəsini əldə edib. Markinyos PSJ-nin bu rəqəmə çatan ilk oyunçusudur.
Markinyos 2013-cü ildən Paris təmsilçisinin formasını geyinir. O, bu müddət ərzində 419 qarşılaşmada 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin