Braziliyalı futbolçu “Mançester Siti”nin tarixinə düşüb
“Mançester Siti” İngiltərə Premyer Liqasının 26-cı turunda “Bornmut”u məğlub edib (1:0).
Komanda.az xəbər verir ki, matçda qapısını toxunulmaz saxlayan “şəhərlilər”in qolkiperi Ederson komandada 110-cu “quru oyun”unu keçirib. Braziliyalı futbolçu bu göstəricidə klubun rekordçusu olub.
Bundan əvvəlki rekord Co Harta məxsus idi. O, 109 “quru oyun” keçirib.
“Mançester Siti” Premyer Liqada 59 xalla 2-ci sıradadır və lider “Liverpul”dan bir xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin