
Braziliyalı futbolçu itinə Messinin adını qoyub
Sankt-Peterburq “Zenit”inin hücumçusu Luis Enrike itinin ləqəbindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu itinə argentinalı hücumçu Lionel Messinin adını verib:
“Mən ona “Messi” deyirəm, çünki o da açıq rənglidir və yaxşı mənada onu xatırladır”.
Enrike yanvarda “Zenit”in sıralarına qoşulub. Onunla 2028-ci ilin sonuna qədər olan müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



