Tanınmış futbolçu Braziliya klubundan ayrılıb – Rəsmi

Braziliyalı yarımmüdafiəçi Duqlas Kosta “Fluminense”dən ayrılıb.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, tərəflər 2025-ci ilin yayına qədər olan müqaviləni ləğv ediblər.

Kosta Braziliya klubu ilə 6 ay ərzində 22 oyun keçirib.

33 yaşlı futbolçu əvvəllər “Şaxtyor”, “Bayern”, “Yuventus” və “Los Anceles Qalaksi”də çıxış edib. O, ümumilikdə keçirdiyi 534 oyunda 76 qol vurub və 108 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button