“Udineze”dən ayrılıb “Fənərbaxça”ya keçə bilər
“Udineze”nin futbolçusu Rodriqo Bekaonun karyerasını Türkiyədə davam etdirmək ehtimalı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 27 yaşlı futbolçunu “Fənərbaxça”ya satmağı düşünür. Məsələ ilə bağlı danışıqlar son mərhələdədir. Növbəti həftə Rodriqonun İstanbul təmsilçisinə keçidi reallaşa bilər.
Braziliyalı futbolçu “Udineze” ilə 2024-cü ilin iyun ayının sonuna qədər olan müqaviləni yeniləmək fikrində deyil.
Bekao 2022/23 mövsümündə A Seriyası təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin