Braziliyalı futbolçu “Əl-Hilal”dan ayrılıb, vətəninə qayıdıb

Braziliyalı müdafiəçi Renan Lodi öz təşəbbüsü ilə “Əl-Hilal”dan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Lodi kluba 2024-cü ilin yanvarında qoşulub və 3,5 illik müqavilə imzalayıb. Builki mövsümöncəsi hazırlıqdan sonra futbolçu Səudiyyə Ərəbistanı çempionatında oynamağa icazə verilmədiyini öyrənib (bu qadağanın səbəbləri açıqlanmayıb). Lodi qadağanın götürülməsinə və klub rəhbərliyi ilə anlaşmağa çalışsa da, heç nəyə nail ola bilməyib. O, vəkillərlə məsləhətləşdikdən sonra vətənə qayıtmaq qərarına gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button