Dani Alveş Braziliyada qalır
Braziliyalı futbolçu Dani Alveş karyerasını ölkəsində davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 38 yaşlı müdafiəçi “Flamenqo” klubu ilə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Flamenqo” daha əvvəl Braziliya millisinin sabiq üzvü David Luizi heyətinə qatıb.
Karyerası ərzində “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edən Alveşin son ünvanı Braziliya təmsilçisi “San Paulo” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin