Braziliyada qadın futbolçularla bağlı tarixi qərar
Braziliyanın kişi və qadınlardan ibarət milli komandaları bərabər əməkhaqqı alacaqlar.
Komanda.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə qadınlar və kişilərə təlim-məşq toplanışları, beynəlxalq matçlar zamanı eyni mükafat və ödənişlər ediləcəyi diqqətə çatdırılıb.
Konfederasiyanın prezidenti Rocerio Kaboklo cinsiyyət fərqinin olmadığını və qurumun kişi və qadınlara bərabər davranacağını söyləyib. O, bu barədə qərarın mart ayında qəbul olunduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Avstraliya, Yeni Zelandiya və Norveç futbol federasiyaları qadın və kişilər üçün bərabər ödənişlər tətbiq edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin