Braziliya millisi Lövə tapşırılır?
Almaniyalı mütəxəssis Yoahim Löv Braziliya milli komandasının onunla əlaqə saxlamadığını deyib.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Lövə bu məsələ ilə bağlı heç kim müraciət etməyib:
“Braziliya millisini çalışdırmaqla bağlı heç kim mənə müraciət etməyib. Həm hansısa klubu, həm də milli komandanı eyni anda çalışdıra bilərəm”.
Öncədən 63 yaşlı mütəxəssisin Braziliya yığmasını çalışdırmaqda maraqlı olduğu bildirilirdi.
Löv 2021-ci ilin iyulundan bu yana işsizdir. Onun sonuncu iş yeri Almaniya milli komandası olub.
Braziliya yığmasının keçmiş çalışdırıcısı Tite DÇ-2022-nin 1/4 finalının Xorvatiya ilə görüşündən sonra (1:1, penaltilər – 2:4) istefa verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin