Braziliya – Paraqvay matçının ən yaxşısı məlum oldu

Amerika kubokunun 1/4 final mərhələsində Braziliya millisi Paraqvayı məğlub edərək (0:0, penaltilər – 4:3) yarımfinala yüksəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmanın ən yaxşı futbolçusu məlum olub. Görüşün ən yaxşı oyunçusu adına Paraqvay millisinin qapıçısı Roberto Fernandes layiq görülüb.

31 yaşlı qolkiper oyunun əsas vaxtında qapıya gələn 8 topu dəf edərək, “çərçivə”ni toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button