Braziliya millisinin yeni formaları təqdim olundu FOTOLAR

Futbol üzrə Braziliya millisinin 2019-Amerika kuboku matçlarında geyinəcəyi formalar təqdim edilib.

Komanda.az xəbər verir ki, bu barədə milli komandanın rəsmi “tvitter” hesabı məlumat yayıb. Yığma komanda 2019-Amerika kuboku matçlarına mavi yaxalıqlı ağ formada çıxacaq.

Braziliya millisi sonuncu dəfə bu formalarla DÇ-1950-də çıxış edib. Uruqvayda keçirilən turnirin qalibi olan yığma, 69 ildən sonra ilk dəfə mavi yaxalıqlı ağ formayla meydana çıxacaq.

2019-Amerika kuboku turniri 14 iyun-7 iyulda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button