
Braziliya millisinin yeni baş məşqçisi rəsmən açıqlandı
Dorival Juniorun Braziliya millisinə baş məşqçi təyinatı rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyası məlumat yayıb.
61 yaşlı mütəxəssis yanvarın 7-də “San Paulo”nun baş məşqçisi vəzifəsini tərk edib.
Dorival Junior bu vəzifədə yanvarın 5-də istefaya göndərilən Fernando Dinizi əvəzləyib. Dinizin rəhbərliyi altında Braziliya millisi 6 oyuna çıxıb, 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib, 3 dəfə isə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin