Dünya çempionunun oğlu vəfat etdi – Futbol oynayarkən

Braziliya millisinin və “Milan”ın sabiq üzvü Kafunun oğlu Danilo vəfat edib.

Komanda.az xəbər verir ki, 30 yaşlı Danilo dostları ilə futbol oynayarkən infarkt keçirib. Danilo təcili xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Danilo Kafunun ən böyük oğlu idi.

Kafu 1994 və 2002-ci illərdə Braziliya millisi ilə dünya çempionu olub. Sabiq müdafiəçi 2003-2008-ci illər aralığında “Milan”ın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button