Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi
Braziliya millisinin və “Roma”nın sabiq üzvü Mişel Bastos karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu rəsmi “instagram” hesabından məlumat yayıb. Son klubu Braziliyanın “Ameriko” komandası olan Bastos, sentyabrın 16-dan işsiz idi.
Bastos karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor”, “Şalke” kimi klublarda çıxış edib. O, 10 dəfə formasını geyindiyi Braziliya millisində bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin