“Roma”nın keçmiş futbolçusu həbs oluna bilər

Braziliya millisinin və “Roma”nın sabiq üzvü Mişel Bastos həbs oluna bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl karyerasını bitirən 36 yaşlı futbolçu vergi saxtakarlığında və “çirkli pullar”ın yuyulmasında ittiham olunur. Əsas ittihamlardan biri onun 2018-ci ildə evini narkotik alverçisinə satması olub.

Bastos karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor”, “Şalke” kimi klublarda çıxış edib. O, 10 dəfə formasını geyindiyi Braziliya millisində bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button