Tanınmış futbolçu MLS-ə üz tutacaq
Braziliya millisinin və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Oskar qışda ABŞ-a köçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını davam etdirmək üçün MLS-ə keçməyi əsas prioritet hesab edir. Bir sıra klublar onun xidmətində maraqlıdır.
Oskar 2017-ci ilin qışında “Çelsi”dən “Şanxay”a keçib. Onun Çin klubu ilə müqaviləsi bir neçə aydan sonra başa çatır. O, bu müddət ərzində 175 milyon avro qazanc əldə edib.
Braziliyalı yarımmüdafiəçi “Çelsi”nin heyətində bir dəfə Avropa Liqasının, Liqa kubokunun və Premyer Liqanın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin