Ayağı qırıldı – Karyerasını bitirir

Braziliya millisinin sabiq üzvü Dieqo Ribas ciddi zədə alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Flamenqo” klubunda forma geyinən 34 yaşlı yarımmüdafiəçinin ayağı qırılıb. Libertadores kubokunda “Emelek”lə (Ekvador) keçirilən oyunda (0:2) ciddi zədə alan Ribasın ən azı bir mövsüm yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Dieqonun yaxın zamanda futbolçu karyerasını bitirəcəyi gözlənilir.

Karyerası ərzində “Volfsburq”, “Yuventus”, “Atletiko”, “Fənərbaxça” kimi klubların şərəfini qoruyan Dieqo, 34 dəfə də Braziliya milli komandasının uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button