Pato İraq yolunda

Braziliya millisinin sabiq hücumçusu Aleşandro Pato karyerasını İraqda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 31 yaşlı hücumçunun “Əl-Divaniya” klubu ilə danışıq apardığı bildirilib.

Son olaraq “San Paulo”da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyır. Braziliyalı futbolçu karyerası ərzində “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tyantzin Tyantsyan” (Çin) kimi klublarda çıxış edib.

Pato Braziliya yığmasında 27 oyunda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button