Braziliya millisinin qapıçısı zədələnib

“Mançester Siti”nin qapıçısı Ederson zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinə kömək edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı qolkiperin sağalma müddəti açıqlanmayıb.

Milli komanda noyabrın 17-də Kolumbiya, 21-də isə Argentina ilə qarşılaşacaq. Edersonun əvəzinə “Atletiko Paranaense”nin qapıçısı Bento Braziliya millisinə çağırılıb.

Ederson “Çelsi” ilə Premyer Liqa matçında (4:4) əzələsini dartıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button