Ronaldinyo millinin oyunlarına baxmaqdan imtina edib

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Ronaldinyo qarşıdan gələn Amerika kubokunda Braziliya yığmasının oyunlarına baxmayacağını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu heç bir matça baxmaq fikrində olmadığımı deyib:

“Heç bir matça baxmaq fikrində deyiləm. Milli komanda zəif oynayır, komandada enerji, pozitivlik yoxdur. Ona görə də, Braziliya millisinin oyunlarına baxmaqdan imtina edirəm. Hazırda işlər yaxşı getmir”.

Braziliya millisi turnirin qrup mərhələsində Kolumbiya, Paraqvay və Kosta-Rika komandaları ilə mübarizə aparacaq. Hazırkı çempion Argentinadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button