Braziliya millisinin kapitanı “Barselona”da
Braziliyanın “Palmeyras” klubunun müdafiəçisi Vitao karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu “Barselona”yla razılaşıb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Vitaonun “Barselona”yla uzunmüddətli müqavilə imzalayacağı bildirilir.
Müdafiəçi əvvəlcə “Barselona”nın B komandasında forma geyinəcək.
Vitao Braziliyanın 19 yaşlılardan ibarət millisinin kapitanıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin