Romario: “Braziliya millisini çempion edə biləcək yeganə oyunçu Neymardır”

Braziliyalı sabiq futbolçu Romario hücumçular Vinisius Junior və Neymarın Braziliya millisi üçün əhəmiyyətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Vinisius gözəl performansı ilə Braziliya yığmasının çempion olacağına inanır. Yaxşı oynasa, təbii ki, komandaya kömək edəcək. Amma Braziliya millisini çempion edə biləcək yeganə oyunçu Neymardır”.

Braziliya millisi hazırda Amerika kubokunda mübarizə aparır. Neymar çarpaz bağ zədəsi səbəbindən turniri buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button