Braziliya millisinin baş məşqçi postuna 3 əsas namizəd məlum olub

Braziliya millisi Dorival Juniorun istefasından sonra baş məşqçisiz qalıb.

Komanda.az UOL-a istinadən xəbər verir ki, ölkənin futbol federasiyası vakant vəzifəyə tanınmış əcnəbi mütəxəssis dəvət etmək istəyir.

Belə ki, hazırda Karlo Ançelotti və Xosep Qvardiolanın namizədliyi nəzərdən keçirilir. İtaliyalı mütəxəssis hazırda “Real”ı, ispaniyalı baş məşqçi isə “Mançester Siti”ni çalışdırır. İddiaçılar siyahısında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan Jorje Jesus da var. Ançelotti Braziliya millisi üçün prioritet variantdır.

Braziliya millisi son matçında Argentina yığmasına 1:4 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button