Braziliya millisinin baş məşqçi postuna 2 məşhur namizəd

“Real”ın baş məşqçisi Karlo Ançelotti və “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola Braziliya millisinin “sükanı arxasına” keçməyə əsas namizədlərdir.

Komanda.az xəbər verir ki, bu barədə “UOL sporte” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Titenin qovulmasından sonra Braziliya Futbol Federasiyası milli komandanı 2026-cı il dünya çempionatına hazırlayacaq uzunmüddətli məşqçi tapmaqda maraqlıdır.

Qvardiola İngiltərə klubu ilə müqaviləsini uzadıb ki, bu da onun Braziliya millisində çalışmaq şansını azaldıb. Ançelotti isə “sambaçılar”a rəhbərlik etməkdə maraqlıdır. Lakin o, cari mövsümü “Real”da başa vurub, bundan sonra milli komandada işləmək istəyir. İtaliyalı mütəxəssisin Madrid klubu ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədə olduğundan, Braziliya federasiyasının nümayəndələri “Real”la danışıqlar aparmalı olacaqlar.

Pentakampeonların baş məşqçisi postuna namizədlər arasında “Palmeyras”ın çalışıdırıcısı Abel Ferreyra və “Fluminense”yə rəhbərlik edən Fernando Diniz də var.

Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlub olan Braziliya (1:1, 2:4-pen) turnirdən kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button