Braziliya millisində növbəti itki: Neymardan sonra o da heyətdən çıxarıldı
Futbol üzrə Braziliya millisi növbəti itki ilə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Artur zədələnib. Braziliyanın yoxlama oyununda Hondurası məğlub etdiyi (7:0) matçda zədələnən Artur, yığmanın heyətindən çıxarılıb.
Braziliya millisində bir müddət əvvəl Neymar da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.
Braziliya yığması 15 iyun-7 iyul tarixlərində Amerika kuboku turnirində iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin