Zidan üçün təklif hazırlayırlar

Fransalı məşqçi Zinəddin Zidan Braziliya millisinin “sükanı arxasına” keçə bilər.

Komanda.az “Ok Diario”-ya istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası 50 yaşlı məşqçi üçün təklif hazırlayır.

Fransalı mütəxəssisdən başqa, Karlo Ançelotti, Abel Ferreyra, Fernando Diniz və Dorival Junior da namizədlər siyahısında yer alır.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ı çalışdırıb. “Kral klubu” Zidanın rəhbərliyi altında 2 dəfə La Liqanı, 3 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə Klublararası dünya çempionatını, 2 dəfə UEFA superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button