Braziliya millisi baş məşqçisi ilə yollarını ayırıb

Braziliya millisinin baş məşqçisi Fernando Diniz vəzifəsindən uzaqlaşdırılıb.

Komanda.az “Globo Esporte”-ya istinadən xəbər verir ki, Dinizlə bağlı qərarı Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges verib. Fernando Diniz həm də “Fluminense”nin baş məşqçisidr. Federasiya prezidentinin bu qərarı verməmişdən əvvəl “Fluminense”nin rəhbəri Mario Bittenkurla danışdığı bildirilir.

Diniz ötən ilin iyul ayından Braziliya millisini çalışdırırdı. 49 yaşlı mütəxəssisin rəhbərliyi altında pentakampeonlar 6 oyun keçirib ki, bunların hamısı DÇ-2026-nın seçmə mərhələsində olub. Bu oyunlarda Braziliya millisi iki dəfə qalib gəlib, bir heç-heçə edib, üç oyunda uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button