Milli komandadan Ançelottiyə təklif

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubunu milli komandaya dəyişə bilər.

Komanda.az “OK Diario”-ya istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyası italiyalı mütəxəssisin xidmətində maraqlıdır.

Bildirilir ki, bu ölkənin nümayəndələri Ançelotti ilə əlaqə saxlayaraq, ona Braziliya millisinə rəhbərlik etməyi və 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər işləməyi təklif ediblər. Futbol federasiyasının prezidenti ona təzyiq etmək fikrində deyil. Mütəxəssis bu ilin mayına qədər qərar verə biləcək.

Braziliyada Madrid klubunda təzyiqin yüksək olması səbəbindən Ançelottinin ayrılacağına inanırlar. İtalyalı mütəxəssis hələ ki, gələcəyi ilə bağlı qərar verməyib. Çox şey “Real”ın cari mövsümdəki nəticələrindən asılı olacaq.

Ançelottinin komandası hazırda 50 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button