“Beşiktaş”ın sabiq hücumçusu Qazaxıstan klubunda
Braziliya milli komandasının və “Beşiktaş”ın sabiq futbolçusu Vaqner Lav karyerasını Qazaxıstanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu “Kayrat” klubuna transfer olunub. Bu barədə Almatı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lav ilə müddəti cari ilin sonuna qədər olan müqavilə imzalanıb.
Karyerası ərzində ÇSKA, “Flamenqo”, “Korintians”, “Monako”, “Alanyaspor”, “Beşiktaş” kimi klublarda çıxış edən Lavın son klubu “Korintians” olub. Hücumçu, 25 dəfə də Braziliya milli komandasının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin